Ötən ay Avropada təbii qaz 24%, ABŞ da isə 78% bahalaşıb

04.02.2026

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu ilin yanvar ayında Avropada təbii qazın orta qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 11,76 ABŞ dolları təşkil edib, bu da öncəki ayın göstəricisi (9,48 dollar) ilə müqayisədə 24,01% çoxdur.

Bu barədə “APA-Economics” Dünya Bankının əmtəə qiymətləri üzrə aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, bu ilin birinci rübündə Avropada təbii qazın orta qiyməti 14,41 dollar, ikinci rübündə - 11,87 dollar, üçüncü rübündə - 11,29 dollar, dördüncü rübündə isə 10,26 dollar təşkil edib.

Bank xatırladır ki, 2025-ci ildə Avropada qazın orta qiyməti 11,96 dollar səviyyəsində olub, bu da 2023-cü ilin göstəricisi (10,96 dollar) ilə müqayisədə 9,1% çoxdur.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Məlumata görə, cari ilin yanvar ayında ABŞ-da təbii qazın 1 mln. BTU-ya görə orta qiyməti 7,58 ABŞ dollarına bərabər olub, bu da öncəki ayın göstəricisi (4,25 dollar) ilə müqayisədə 78,4% çoxdur.

Bildirilir ki, bu ilin birinci rübündə ABŞ-da təbii qazən orta qiyməti 4,15 dollar, ikinci rübündə - 3,18 dollar, üçüncü rübündə - 3,03 dollar, dördüncü rübündə isə 3,75 dollar təşkil edib.

Qeyd olunur ki, ötən il ABŞ-da qazın orta qiyməti 3,53 dollar təşkil edib, bu da öncəki ilin göstəricisi (2,19 dollar) ilə müqayisədə 61,2% çoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью