Ötən ay azad ərazilərdə 635 mina aşkarlanıb

01.09.2026

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

7 min hektardan çox ərazi mina və partlayıcılardan təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə avqust ayı üzrə məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən AYNA.AZ-a verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə 514 piyada əleyhinə mina, 121 tank əleyhinə mina, 2724 Partlamamış Hərbi Sursat aşkarlanıb.

Bildirilib ki, 7568.9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью