Ötən ay Azərbaycanda 243 avtomobil istehsal edilib

19.02.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2025-ci ilin yanvar ayında Azərbaycanda 235 ədəd minik avtomobili, 8 ədəd isə yük avtomobili istehsal edilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 42.1%, yük avtomobili istehsalı isə 87.3% azalıb.

Qeyd edək ki, cari ilin fevral ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 141 ədəd minik, 4 ədəd isə yük avtomobili təşkil edib.

Hesabat dövründə ölkədə 46 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.1% azdır.

Xatırladaq ki, ötən il ölkədə 5998 ədəd minik avtomobili, 697 ədəd isə yük avtomobili istehsal edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью