Ötən ay Azərbaycanda qanunsuz yaşayan 132 nəfər ölkədən çıxarılıb

13.08.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Cari ilin iyul ayı ərzində ölkə hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən 132 qərar qəbul edilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə DMX-dən məlumat verilib.

Bildirilib ki, həmçinin Azərbaycanın imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində bu ilin iyul ayı ərzində Avropa ölkələrindən 93 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью