Ötən ay Azərbaycanda yaşamaq üçün 7 minə yaxın əcnəbi müraciət edib

13.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Cari ilin noyabr ayında Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması) ilə bağlı 6 min 748 müraciət daxil olub.

Bu barədə “Report”a DMX-dən məlumat verilib.

Qeyd edilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınma ilə əlaqədar quruma 27 min 328 müraciət edilib.

Şəxslərin vətəndaşlığıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciətlərin sayı isə 775 olub.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью