Ötən ay Bakı metrosu ilə 20 milyona yaxın sərnişin daşınıb

02.10.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 2 oktyabr, AZƏRTAC

“AZCON holding”in şirkətlərindən olan “Bakı Metropoliteni” QSC sentyabr ayında 19 milyon 965 min 597 sərnişin daşıyıb.

QSC-dən AZƏRTAC-a bildirilib ki, 34 cüt qatar sxeminə keçidlə “28 May–Əhmədli” sahəsində pik saatlarda interval 1 dəqiqə 45 saniyəyə endirilib.

Nəticədə, ay ərzində metro tarixində ikinci ən böyük sərnişindaşıma göstəricisi də qeydə alınıb. Ayın ən çox sərnişin qəbul edilən günü 15 sentyabrda qeyd edilib – 891 856 nəfər.

Ən sakit gün isə 7 sentyabrda olub – 405 892 nəfər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью