Ötən ay dövlət qurumlarına 120 kiberhücum olub

05.03.2025

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 38 faiz artıb

Cari ilin fevral ayında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 120 kiberhücum indikatoru (IOC) müəyyən edib. AYNA.AZ XRİTDX-in Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin yaydığı hesabata istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 38 faiz artıb.

Ümumilikdə cari ilin yanvar-fevral aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 262 kiberhücum indikatoru (IOC) müəyyən edib.

“Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz çoxdur. Kibertəhdidlərin 92-i daxili araşdırma, 170-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb. Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 95,895 milyon zərərli keçid, Mərkəzi antivirus sistemi vasitəsilə 1 milyon 99 min 700, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 26 917 zərərverici tərkibli elektron sənəd blok edilib”, - deyə hesabatda bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью