Ötən ay dövlət sərhədini pozan 65 nəfər SAXLANILIB

04.11.2024

Icma.az, Bizim media saytına istinadən bildirir.

Dövlət Sərhəd Xidməti tərəfindən 2024-cü ilin oktyabr ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya və narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində görülən işlər açıqlanıb. 
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, ötən ay ərzində dövlət sərhədini pоzduqlarına görə 65 nəfər saxlanılıb. 
Onların 22-i Pakistan, 13-ü Azərbaycan, 22-i Əfqanıstan, 3-ü Əlcəzair, 1-i İran, 1-i Mərakeş, 1-i Banqladeş, 1-i Türkiyə və 1-i Suriya vətəndaşı оlub. 
Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində 14 nəfər saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb. 
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью