Ötən ay DSMF də 1500 dən çox vətəndaş müraciəti cavablandırılıb

01.08.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 1 avqust, AZƏRTAC

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2025-ci ilin iyul ayı ərzində 1 514 vətəndaş müraciəti cavablandırılıb.

Bu barədə AZƏRTAC-a DSMF-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, müraciətlərin 455-i ünvanlı dövlət sosial yardımı, 297-si pensiya təyinatı, 480-i sosial müavinət və təqaüd, 18-i sosial sığorta və fərdi uçot, 264-ü isə digər istiqamətlər üzrə olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью