Ötən ay DSMF də 31 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

22.04.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 22 aprel, AZƏRTAC

Bu ilin mart ayında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 30 min 887 vətəndaş qəbul edilib və onların müraciətləri cavablandırılıb.

Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Həmin vətəndaşların 104 nəfəri Fondun rəhbər şəxsləri tərəfindən, 1 009 nəfəri Fondun Aparatının Qəbul Mərkəzində, 2 min 349 nəfəri mərkəzi, 27 min 425 nəfəri isə regional filiallarda qəbul edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью