Ötən ay DSMF də 40 minə yaxın vətəndaş qəbul edilib

20.06.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 20 iyun, AZƏRTAC

Bu ilin may ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 39 min 389 vətəndaş qəbul edilib və onların müraciətləri cavablandırılıb.

Bu barədə AZƏRTAC-a fondun mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, həmin vətəndaşların 112-si fondun rəhbər şəxsləri tərəfindən, 1 555-i fondun Aparatının Qəbul Mərkəzində, 2 min 331-i mərkəzi, 35 min 391-i isə regional filiallarda qəbul edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью