Ötən ay DSMF yə daxil olan 1500 dən çox vətəndaş müraciəti cavablandırılıb

01.12.2025

525.az saytına istinadən Icma.az xəbər verir.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə bu ilin noyabr ayı ərzində 1505 vətəndaş müraciəti cavablandırılıb.

Bu barədə 525.az-a fondun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, müraciətlərin 487-si ünvanlı dövlət sosial yardımı, 319-u pensiya təyinatı, 360-ı sosial müavinət və təqaüd, 21-i sosial sığorta və fərdi uçot, 318-i isə digər istiqamətlər üzrə olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью