Ötən ay DSMFdə 46 minədək vətəndaş qəbul edilib AZƏRTAC

26.11.2024

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 25 noyabr, AZƏRTAC

Bu ilin oktyabr ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 45 min 801 vətəndaş qəbul edilib və onların müraciətləri cavablandırılıb.

Bu barədə AZƏRTAC-a DSMF-nin mətbuat xidmətindən məlumat verilib. Həmin vətəndaşların 160-ı Fondun rəhbər şəxsləri tərəfindən, 1729-u Fondun Aparatının Qəbul Mərkəzində, 3 min 751-i mərkəzi, 40 min 161-i isə regional filiallarda qəbul edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью