Ötən ay ErmənistanTürkiyə sərhədində iki ölkənin bir sıra qurumları görüş keçirib

10.12.2024

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən ay Ermənistan-Türkiyə sərhədində iki ölkənin bir sıra qurumlarının nümayəndələri arasında görüş baş tutub.

APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan bildirib.

Görüş zamanı Ahurik-Akyaka dəmir yolu üzərindəki sərhəd-keçid məntəqəsinin fəaliyyətə başlamasına imkan verəcək texniki ehtiyaclar qiymətləndirilib. Görüşün müsbət və konstruktiv atmosferdə keçdiyi vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью