Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq. Banklar və “Azərpoçt” MMC sistemləri üzrə yanvar ayının sonunda dövriyyədə olan ödə
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 15,8 faiz artıb.
Ödəniş kartlarında artım debet kartları üzrə 18,1 faiz, kredit kartları üzrə 0,3 faiz olub.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.
Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə artıb.
2025-ci ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,902 milyon manat təşkil edib.
Həyata keçirilən nağdsız ödənişlərin 5,845 milyon manatı elektron ticarətin payına düşür.
Qalan məbləğin 1,052 milyon manatı POS-terminallar, 3,1 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.