Ötən ay maşın vuran 77 yaşlı kişi bu gün xəstəxanada ölüb

10.01.2025

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Bir ay əvvəl maşın vuran 77 yaşlı kişi bu gün xəstəxanada ölüb.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə 2024-cü il dekabrın 10-da Sumqayıt şəhərinin Azərbaycan prospektində baş verib.

Yolu keçmək istəyən piyada, 1948-ci il təvəllüdlü Cavanşir Mürvət oğlu Quliyevi avtomobil vurub.

O, bu gün müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью