Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bu ilin iyul ayında Naxçıvan Muxtar Respublikası ərazisində ümumilikdə 50 yanğın hadisəsi qeydə alınıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən XQ-yə bildirilib ki, bu dövrdə Şərur və Kəngərli rayonlarının hər birində 11, Naxçıvan şəhərində 7, Şahbuz rayonunda 6, Sədərək rayonunda 5, Babək və Ordubad rayonlarının hər birində 4, Culfa rayonunda isə 2 yanğın hadisəsi baş verib.
İyul ayında ən çox yanğın hadisəsi Şərur və Kəngərli rayonlarında, ən az yanğın isə Culfa rayonunda qeydə alınıb.