Ötən ay sərhəddə 6,5 milyon manatlıq qaçaqmal aşkarlanıb

03.02.2026

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən ay qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 6 milyon 570 min 790 manat оlan qaçaqmal, о cümlədən pnevmatik tapança (darağı ilə birlikdə), dərman vasitələri və tütün məmulatları aşkar olunaraq götürülüb.

APA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2026-cı ilin yanvar ayının icmalında qeyd olunub.

Bildirilib ki, bundan başqa, 2 halda narkotiklərin pilotsuz uçuş aparatı vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 120 kiloqram 645 qram narkоtik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью