Modern.az saytına istinadən Icma.az xəbər verir.
Ötən avqust müşahidələr tarixində planet üzrə ən isti avqust olub.
Modern.az xəbər verir ki, bu barədə ERA5 reanaliz məlumatlarına istinadən məlumat verilib.
Planet üzrə havanın qlobal orta temperaturu +16,96°C təşkil edib. Bu göstərici 1991–2020-ci illər üzrə orta temperaturdan 0,84°C yüksəkdir.
Bundan əvvəlki rekord 2023 və 2024-cü ilin avqust aylarına məxsus olub. Həmin illərin hər ikisində qlobal orta temperatur 16,82°C təşkil edib.