Ötən ay təcili yardıma neçə müraciət daxil olub?

20.02.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yanvar ayı ərzində Bakı şəhəri üzrə “103” Çağrı mərkəzinə 71 501 çağırış daxil olub.

Axar.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 5 739 nəfəri müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub:

"Çağırışlardan 4 879-u əsassız, yəni təcili tibbi yardıma aid olmayan müraciətlərdir".

TƏBİB-dən qeyd edilib ki, 7 099 nəfərin çağırışı isə nəticəsiz (yerində tapılmadı, tibbi yardımdan imtina və həkiməqədər ölüm və s.) olaraq qeydə alınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью