Ötən ay zəhərlənənlərdən 5 nəfər vəfat edib

06.12.2024

Operativmedia portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Operativ Media"nın məlumatına görə, bu barədə KTM məlumat yayıb.

Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 38 nəfər dərmandan, 34 nəfər sirkə turşusundan, 14 nəfər dəm qazından zəhərlənən şəxslərdir.

Həmçinin 8 nəfər botulizm, 4 nəfər göbələkdən, 3 nəfər allergik reaksiya, 1 nəfər etanol, 1 nəfər siçan dərmanı (rodentisid), 1 nəfər yandırıcı məhluldan zəhərlənmə səbəbi ilə şöbəyə yerləşdirilib. Onların hər birinə zəruri tibbi yardım göstərilib, 99 nəfər kafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5-i (3 nəfər kişi, 2 nəfər qadın) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu, botulizm və etanol zəhərlənmələrindən qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью