Ötən beş ayda DSMF nin xərcləri 3 milyard 123 milyon manat olub

17.06.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 17 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 5 ayında proqnozla müqayisədə 11 faiz və ya 327 milyon manat çox olmaqla 3 milyard 394 milyon manat təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya 187 milyon manat artaraq 2 milyard 580 milyon manat olub.

Yanvar-may aylarında DSMF-nin xərcləri 3 milyard 123 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 270 milyon manat çoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью