Ötən gecə Rusiya tərəfindən 430 PUA vurulub

09.11.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 9 noyabr, AZƏRTAC

Ötən gecə Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 430 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirildiyinə görə, PUA-lar noyabrın 8-i Moskva vaxtı ilə saat 20:00-dan ayın 9-u saat 08:00-dək olan müddətdə vurulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью