Ötən gecə Rusiyanın Ryazan, Bryansk, Engelsdə bölgələrində yanğınlar olub

24.01.2025

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən gecə Rusiyada da Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələri ilə bağlı narahatlıq yaşanıb. O cümlədən, Ryazan neft emalı zavodunda yanğın baş verib.

Bizimyol.info xəbər verir ki, "Tu-95" və "Tu-22"nin yerləşdiyi Dyagilevo aviabazasına hücum edilib. Bildirilir ki, aviabazanın yanında 360-cı təyyarə təmiri zavodu yerləşir.

Eyni zamanda, Bryanskda pilotsuz təyyarənin hücumu nəticəsində "Kremniy EL" zavodu zədələnib. Saratov vilayətinin Engels şəhərində yerli sakinlər neft emalı zavoduna hücum barədə məlumat veriblər.

Rusiya Müdafiə Nazirliyi “121 Ukrayna İHA-nın vurulması” iddiası ilə bağlı məlumat yayıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью