Ötən gecə zədələnən Arda Gülerin durumu necədir?

02.11.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Real"ın futbolçusu Arda Güler La Liqanın 11-ci turunda "Valensiya" ilə oyunda (4:0) zədələnib.

QOL.az xəbər verir ki, Türkiyə millisinin üzvünün  matçın ilk hissəsində ayağı burxulub.

20 yaşlı yarımmüdafiəçi bu səbəbdən ikinci hissədə meydana çıxmayıb.

AS nəşri yazıb ki, futbolçunun durumu ciddi deyil və baş məşqçi Xabi Alonso onu qorumaq üçün əvəzləyib. Ardanın bu həftə Çempionlar Liqasının Liqa mərhələsində "Liverpul"la oyunda meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, Arda Güler bu mövsüm "Real"da ümumilikdə 20 oyuna 4 qol vurub, 8 qol ötürməsi edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью