Ötən gün 10 ədəd qanunsuz odlu silah aşkarlanıb

19.04.2025

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Bakı və ölkənin ayrı-ayrı rayonlarında aprelin 18-də dörd avtomat silahı, altı tüfəng və 153 ədəd müxtəlif çaplı patron aşkar edərək götürülüb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

"Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir", - məlumatda qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью