Ötən gün 34 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb Doğru Xəbərlər

17.01.2025

Dogru.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yanvarın 16-da polis əməkdaşları narkotik vasitənin aşkar edilməsi üçün əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 33,7 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 20,4 kiloqrama yaxın marixuana, 10,5 kiloqramdan çox həşiş, 2,4 kiloqramdan artıq tiryək, 400 qrama yaxın heroin olub.

“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, – deyə DİN-in məlumatında bildirilib.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью