Ötən gün 73 cinayətin açılması təmin olunub

14.10.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 13-də ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 4 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.

Eyni zamanda, narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib. Ümumi çəkisi 37,4 kiloqram olan narkotik vasitə aşkarlanaraq götürülüb.

Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança və 4 tüfəng aşkar olunaraq götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər də saxlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью