Ötən gün aşkarlanan qanunsuz silah sursatın sayı açıqlanıb

27.08.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 27 avqust, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi sahəsində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə AZƏRTAC-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 4 tüfəng, 5 patron darağı və 122 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью