Ötən gün aşkarlanan qanunsuz silah sursatın sayı açıqlanıb

08.10.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 8 oktyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, oktyabrın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 2 tapança, 1 qumbara, 2 alışdırıcı, 3 tüfəng, 5 patron darağı və 120 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью