Ötən gün aşkarlanaraq götürülən qanunsuz odlu silah sursatın sayı

21.02.2025

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirləri davam edir. Bu barədə SİA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 5 tapança, 4 qumbara, 12 tüfəng, 7 patron darağı və müxtəlif çaplı 1565 patron aşkar edərək götürüblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью