Ötən gün aşkarlanaraq götürülən silahsursatın sayı açıqlanıb AZƏRTAC

14.12.2024

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 14 dekabr, AZƏRTAC

Dekabrın 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 11 qumbara, 5 alışdırıcı, 14 tüfəng, 4 patron darağı və 181 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, nazirliyin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirləri davam etdirirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью