Ötən gün Azərbaycanda qumbara, tapança və avtomatlar aşkar edilib

08.03.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Polis əməkdaşları ötən gün ölkə ərazisində qumbara, tapança və avtomatlar aşkar ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, martın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 3 tapança, 1 qumbara, 5 tüfəng, 19 patron darağı və 90 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью