Ötən gün Bakıda 40 dan çox avtobus qəza nəticəsində zədələnib

24.02.2025

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən gün qarlı və şaxtalı hava şəraitində Bakı şəhəri və ətraf ərazilərdə fəaliyyət göstərən 40-dan çox avtobus əsasən fərdi nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalar nəticəsində zədələnib. Bu barədə SİA-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, qəzalarda sərnişinlər arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, 21 fevral tarixindən Bakıda və respublikanın bölgələrində qarlı və şaxtalı hava şəraiti müşahidə edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью