Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb.
Bu barədə 525.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 16-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.