Ötən gün itkin düşmüşdü, meyiti tapıldı

15.06.2026

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tovuz rayonunda su kanalında meyit tapılıb.

Adalet.az xəbər verir ki, Düz Cırdaxan ərazisindən keçən su kanalından 1987-ci il təvəllüdlü Sərxan Dəmirovun meyiti aşkar edilib.

Adıçəkilən şəxsin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Tovuz rayon Bölməsinə aparılıb.

Məlumata görə, S. Dəmirov ötən gün itkin düşmüşdü.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью