Ötən gün ölkə üzrə 45 cinayət faktı qeydə alınıb 50 nəfər saxlanılıb

12.07.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

İyulun 11-də ölkə ərazisində 45 cinayət faktı qeydə alınıb, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması da təmin edilib.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, hüquq-mühafizə orqanlarının həyata keçirdikləri axtarış tədbirləri nəticəsində ümumilikdə 48 nəfər saxlanılıb. Onlardan 35-i borclu şəxs qismində axtarışda olanlardır və aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması ilə bağlı isə 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən ümumilikdə 50 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyi tərəfindən ölkə üzrə ictimai təhlükəsizliyin və qanunçuluğun təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью