Ötən gün qanunsuz saxlanılan silah sursat aşkar edildi

15.09.2025

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Sentyabrın 13-də və 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara, 9 tüfəng və 126 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью