Ötən gün Qəzzada daha 12 nəfər həyatı itirib

23.04.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son 24 saat ərzində İsrailin Qəzzanın müxtəlif ərazilərinə endirdiyi zərbələr nəticəsində azı 12 nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzira” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail artilleriyası Qəzza şəhərinin Əz-Zeytun, Et-Tuffa və Eş-Şücayyə ərazilərini intensiv atəşə tutub.

İsrail ordusunun Qəzzanın cənub hissəsindəki Rəfah bölgəsinə də zərbələr endirdiyi bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью