Ötən gün Tbilisidə etiraz aksiyasında 44 nəfər xəsarət alıb

01.12.2024

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən gün Tbilisidə keçirilən etiraz aksiyasında yaralanan 44 nəfər tibb müəssislərinə yerləşdirilib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rustaveli prospektində keçirilən aksiyasında xəsarət almış 27 etirazçı, 1 media əməkdaşı və 16 polis tibb müəssisələrinə aparılıb.

Xəsarət alanların həyatı üçün təhlükə olmadığı, onların bəzilərinin xəstəxananı tərk etdiyi, bəzilərinin isə həkim nəzarətində saxlanıldığı qeyd edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью