Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gürcüstanın paytaxtı Tbilisidə Rustaveli prospektində dekabrın 2-də keçirilən mitinq zamanı hüquq-mühafizə orqanları 34 nəfəri saxlayıb.
"Report"un yerli bürosu xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyindən “İnterpress-News” Agentliyinə verilən məlumata görə, onlara qanunvericiliyə əsasən inzibati xətalar üzrə ittiham irəli sürülüb.
Bundan əlavə, agentlik qeyd edir ki, dünənki aksiya zamanı 12 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
Saxlanılan şəxslər müxtəlif müvəqqəti saxlama izolyatorlarına köçürülüblər.
Bizim Telegram kanalımıza abunə olun Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.