Ötən gün vətəndaşlardan götürülən silahsursatın sayı açıqlanıb AZƏRTAC

18.12.2024

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 18 dekabr, AZƏRTAC

Dekabrın 17-də polis əməkdaşları Bakıda və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 10 qumbara, 5 tüfəng, 32 patron darağı və 206 müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əməkdaşlar tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью