Ötən günün cinayət xronikası

22.07.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

İyulun 21-də ölkə ərazisində 27 cinayət faktı qeydə alınıb, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması təmin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Həmin gün axtarışda olan ümumilikdə 57 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan əlavə, narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən olunub.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər isə saxlanılaraq istintaqa cəlb olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью