Ötən həftə 234 mina və 2 min 464 partlamamış hərbi sursat zərərsizləşdirilib

24.11.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 24 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən noyabrın 17-dən 23-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən yarım ayda Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 199, tankəleyhinə 35 mina və 2 min 464 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin 1 527,4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью