Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

28.09.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən sentyabrın 21-27-də icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 208, tankəleyhinə 29 mina və 1436 partlamamış digər hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 1385,8 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью