Ötən həftə 269 mina və 745 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

21.09.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən sentyabrın 14-20-də icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 204, tankəleyhinə 65 mina və 745 partlamamış digər hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 1840,3 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью