Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Azərbaycanda ötən həftə 3 nəfərin meyiti tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin ötən həftəki xronikasında qeyd edilib.
Ötən həftə ərzində 412 yanğına çıxış, 35 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Nazirliyin qüvvələri tərəfindən ötən həftə ərzində 8-i azyaşlı olmaqla 41 nəfər xilas edilib, 14 nəfər təxliyə olunub, 3 nəfərin meyiti təhvil verilib.