Ötən həftə 36 nəfər xilas edilib

24.08.2026

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

682 yanğına çıxış olub, 6 nəfərin meyiti təhvil verilib

Ötən həftə 682 yanğına çıxış olub, 6 nəfərin meyiti təhvil verilib. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 682 yanğına çıxış, 28 halda köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN qüvvələri tərəfindən ötən həftə ərzində 3-ü azyaşlı olmaqla 36 nəfər xilas edilib, yanğınlar zamanı 3-ü azyaşlı olmaqla 12 nəfər təxliyə olunub, 3 nəfər xəsarət alıb, 6 nəfərin meyiti təhvil verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью