Ötən həftə 51 mina və 497 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

16.06.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 16 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən iyunun 8-15-də icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 29, tankəleyhinə 22 mina və 497 partlamamış digər hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 1668,8 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью