Ötən həftə 68 mina və 129 partlamamış hərbi sursat zərərsizləşdirilib

10.06.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 10 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən iyunun 2-dən iyunun 9-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 52, tank əleyhinə 16 mina və 129 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 889, 2 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью